AZ

Beton kimi müdafiə ardıcıl 8 oyundur qapısında qol görməyən Turan Tovuz

Sportal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Dünən "Neftçi" üzərində qazanılan qələbə "Turan Tovuz"u avrokuboklara bir qədər də yaxınlaşdırdı. 3-cü pillədə qərarlaşan Tovuz klubu ən yaxın izləyicisi "Zirə"ni 5 xal qabaqlayır. 

Kurban Berdiyevin komandası ilə bağlı daha bir diqqətçəkən məqam odur ki, "Turan Tovuz" ardıcıl 8 oyundur qol buraxmır. 18-ci turda "Qarabağ"a məğlub olandan sonra qapıda Baklovu əvəzləyən Samok rəqiblərə keçid vermir. Seriyaya "Kəpəz"lə kubok oyunları, "Qəbələ" ilə təxirə salınmış matç da daxildir.

Beşli müdafiə ilə yaxşı qapanan "Turan Tovuz" həm də bu mövsüm ən az qol buraxan komandadır. Gedişat onu göstərir ki, Berdiyev bu mövsüm komandanı avrokuboklara çıxarmaq tapşırığının öhdəsindən gələcək. 

"Turan Tovuz" və "Zirə" mövsümü ilk dördlükdə tamamlaya bilsələr, hər ikisi avrokuboklara yollanacaq. Çünki ölkə kuboku uğrunda yarımfinalda mübarizəni Premyer Liqanın ilk dörd klubu davam etdirir. 

Onu da qeyd eləmək lazımdır ki, hazırkı performansıyla "Turan Tovuz"un ölkə kubokunu qazanmaq şansları da var. 

Sportal.az

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
sportal.az

2Mənbələr