AZ

Soyuqdəyməni araqla müalicə edənlərə pis xəbər

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Xalq arasında soyuqdəymənin ilk əlamətləri zamanı istifadə olunan "istiotlu araq" və ya spirtli kokteyllər əslində sağalmağa kömək etmir, əksinə, həyati təhlükə yaradır.Demokrat.az-ın məlumatına görə bunu Narkoloq Andrey Tyurin bildirib.Onun sözlərinə görə spirtli içkilərin infeksiyanı daxildən məhv etməsi barədə inancların elmi əsası yoxdur."Alkoqol viruslarla mübarizə aparan leykositlərin sayını azaldır və bədənin müdafiə sistemi olan immunoqlobulinlərin sintezini pozur. Bu isə onsuz da zəifləmiş orqanizmin viruslara qarşı son müqavimət gücünü də itirməsi deməkdir.Xəstəlik zamanı bədəndə yaranan yüksək hərarət və intoksikasiya ürək-damar sisteminə onsuz da böyük yük salır. Alkoqolun ürək döyüntülərini sürətləndirməsi bu vəziyyəti daha da ağırlaşdıraraq təzyiq sıçrayışlarına və təhlükəli aritmiyalara yol açır".Həkimin fikrincə, gizli ürək problemləri olan şəxslər üçün soyuqdəyməni spirtli içki ilə müalicə etmək cəhdi qəfil ölümə səbəb ola bilər. Belə hallarda xəstəliyin müddəti uzanır və ağır fəsadların yaranma riski kəskin artır.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
43
demokrat.az

1Mənbələr