AZ

MLS iki futbolçunu ömürlük diskvalifikasiya edib

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 10 mart, AZƏRTAC

MLS iki futbolçunu mərc oyunlarında iştiraka görə ömürlük diskvalifikasiya edib.

AZƏRTAC liqanın rəsmi saytına istinadən xəbər verir ki, ABŞ-li yarımmüdafiəçi Derrik Cons və qanalı hücumçu Yov Yeboa cəzalandırılıblar. Araşdırma nəticəsində futbolçuların MLS oyunlarına, o cümlədən öz komandalarının iştirakı ilə keçirilmiş qarşılaşmalara mərc etdikləri müəyyənləşdirilib. Qaydaların pozulması halları 2024/2025-ci illər mövsümündə qeydə alınıb.

29 yaşlı D. Cons MLS-də “Filadelfiya”, “Neşvill”, “Hyuston, “Şarlott” və “Kolambus” klublarında çıxış edib. O, “Kolambus”la birlikdə KONKAKAF Çempionlar Liqasının finalına yüksəlib. Futbolçu hazırda azad agent statusundadır.

28 yaşlı Y. Yeboa isə 2023-cü ildə “Kolambus”un heyətində MLS çempionu olub. O, liqada, həmçinin “Los-Anceles” komandasının formasını geyinib. Futbolçu hazırda Çinin “Sindao” kollektivində çıxış edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
2
azertag.az

3Mənbələr