Avropa İttifaqı (Aİ) Yaxın Şərqdəki müharibə fonunda artan enerji qiymətlərini yaxından izləyir.
Xezerxeber.az xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Anna-Kaysa İtkonen bazar ertəsi günü keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Aİ qlobal enerji bazarlarında hadisələrin inkişafını narahatlıqla izləyir, lakin blok hələlik neft-qaz təchizatı çatışmazlığı təhlükəsi ilə üzləşmir.
O qeyd edib ki, Aİ-yə üzv ölkələrin təxminən 90 günlük neft və ya ekvivalent strateji ehtiyatları var. İtkonen, həmçinin G7 ölkələrinin bazar ertəsi günü keçiriləcək görüşlərində strateji ehtiyatlardan neftin mümkün buraxılışını müzakirə edəcəklərini təsdiqləyib.