AZ

Xudat məktəblisi Türkiyədə VƏFAT ETDİ – FOTO

Xaçmaz rayonunun Xudat şəhərindən olan məktəbli Antalyada müalicə olunduğu xəstəxanaların birində vəfat edib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Xudat şəhərindəki N.Nərimanov adına 2 saylı məktəbin 8-ci sinif şagirdi Fatimə Qoşqar qızı Zəkiyeva aplastik anemiya xəstəliyindən əziyyət çəkirmiş. 

Ailəsinin apardığı çoxsaylı müalicə tədbirlərinə baxmayaraq məktəbli martın 8-də Türkiyədə vəfat edib. Mərhumun cənazəsi bu gün Xudata gətirilərək dəfn olunacaq.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
8
2
bizim.media

3Mənbələr