İspaniyalı Xabi Alonso mövsümün sonunda “Liverpul”un baş məşqçisi ola bilər.
Publika.az xəbər verir ki, bu barədə "OK Diario" məlumat yayıb.
Bildirilir ki, ispaniyalı mütəxəssis ilə İngiltərə klubu arasında artıq əməkdaşlıqla bağlı razılıq əldə olunub. Müqavilənin müddəti 3 il olacaq. İspaniyalı məşqçinin təyinatı klubun hazırkı baş məşqçisi Arne Slotun nəticələrindən asılı olacaq. Əgər Slot Çempionlar Liqasını qazana bilsə, vəzifəsində qalacaq.
Qeyd edək ki, Alonso futbolçu kimi 2004-2009-cu illərdə Mersisayd klubunun formasını geyinib.