Şəmkirdə avtomobildə kişi meyiti tapılıb.
News365.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Nicat Telman oğlu Əsədovun cansız bədəni idarə etdiyi "Toyota Prado" markalı maşında aşkarlanıb.
İlkin ehtimala görə, sürücü avtomobili idarə edərkən sükan arxasında infarkt keçirib və dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.