AZ

Gürcüstan xeyli əcnəbini ölkədən çıxardı - Aralarında Azərbaycan vətəndaşları da var

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil 74 xarici vətəndaşı ölkədən deportasiya edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Gürcüstan DİN sosial şəbəkə hesabında məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, idarə tərəfindən həyata keçirilən kompleks tədbirlər zamanı Azərbaycan, Belarus, Misir, Türkmənistan, Hindistan, İordaniya, Nigeriya, Rusiya, Ermənistan, Özbəkistan, Qazaxıstan, Çexiya, Çin və Türkiyə vətəndaşları ölkədən çıxarılıb.
 
Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən ölkəyə girişinə qadağa qoyulub.
 
Seçilən
63
1
moderator.az

2Mənbələr