AZ

İnfantino DÇ-2026-nın favoritini açıqladı

FİFA prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatının favoritləri barədə danışıb.

Msport.az xəbər verir ki, o, İspaniya millisinin çempionluğa iddiaçılardan biri olduğunu qeyd edib:

“Əlbəttə ki, İspaniya favoritlərdən biridir. Biz artıq İspaniyanın güclü tərəflərini bilirik. Reytinqdə birinci yeri tutan komanda dünya kubokunda favorit olmalıdır”.

Qeyd edək ki, DÇ-2026 11 iyun-19 iyul tarixlərində 3 ölkədə – ABŞ, Kanada və Meksikada keçiriləcək.

Seçilən
14
2
msport.az

3Mənbələr