ABŞ İrana qarşı hərbi əməliyyatın ilk iki günündə təxminən 5,6 milyard dollar dəyərində sursat istifadə edib. Bu barədə qəzeti üç amerikalı rəsmi mənbəyə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, bu məbləğ ABŞ ordusunun əməliyyatın ilk mərhələsində nə qədər böyük həcmdə silah və hərbi texnika istifadə etdiyini göstərir. Bildirilir ki, yüksək dəqiqlikli sursatların geniş tətbiqi zərbələrin maliyyətini əhəmiyyətli dərəcədə artırıb.
Nəşr qeyd edir ki, bu göstərici ABŞ Konqresində bəzi nümayəndələr arasında narahatlıq yaradıb. Onlar hesab edirlər ki, ABŞ ordusu ən müasir silah ehtiyatlarını çox sürətlə tükədir.
Məlumata görə, əməliyyatı dəstəkləmək məqsədilə ABŞ Yaxın Şərqə əlavə hərbi resurslar göndərir. İki rəsmi şəxsin sözlərinə görə, Pentaqon raketdən müdafiə sistemi olan komplekslərinin bir hissəsini -dan regiona yönləndirir. Həmçinin sistemlərinin ələkeçirici raketlərindən də istifadə olunur.
Pentaqonun sözçüsü isə qəzetə açıqlamasında bildirib ki, ABŞ ordusunun “prezidentin seçdiyi istənilən vaxt və istənilən yerdə hər hansı missiyanı yerinə yetirmək üçün bütün zəruri imkanları var”.
Bununla yanaşı, təşkilatının İran üzrə layihə rəhbəri və ABŞ prezidentinin keçmiş müşaviri qəzetinə bildirib ki, İran rəhbərliyi ABŞ və -in yaxın vaxtlarda raketləri ələkeçirən sistemlərinin sursat ehtiyatlarının azala biləcəyini hesab edir.
Eyni zamanda nəşri yazır ki, ABŞ-ın Avropa və Asiyadakı tərəfdaşları İranla mümkün münaqişə səbəbindən Amerika silahlarının çatışmazlığı ilə üzləşə biləcəklərindən narahatdır.
İran Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi nümayəndəsi isə bildirib ki, ABŞ bu əməliyyat zamanı hətta üçüncü dünya müharibəsi üçün saxladığı silah ehtiyatlarından istifadə edib.
Bundan əvvəl jurnalının jurnalisti Konqresdəki mənbəyə istinadən yazıb ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatının gündəlik xərci təxminən 1 milyard dollar təşkil edə bilər.