AZ

Planet Labs Yaxın Şərq üzrə peyk görüntülərinə çıxışı məhdudlaşdırdı » AzadMedia.az


ABŞ-ın peyk şirkəti Planet Labs Yaxın Şərq regionunda təhlükəsizlik vəziyyətinin gərginləşməsi səbəbindən bu ərazi üzrə operativ peyk çəkilişlərinə çıxışı məhdudlaşdırıb. Bu barədə şirkətin bəyanatına istinadən Interfax məlumat yayıb.
Məlumata görə, bu preventiv tədbir peyk şəkillərinin “düşmən subyektlər tərəfindən taktiki məqsədlərlə istifadə olunmasının və NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin hərbçilərinə və mülki əhalisinə zərbə endirmək üçün tətbiq edilməsinin qarşısını almaq” üçün qəbul edilib.
Yeni qaydalara əsasən, müttəfiq qüvvələrin yerləşdiyi Yaxın Şərq bölgəsinə aid operativ peyk görüntüləri artıq 14 günlük gecikmə ilə təqdim olunacaq.
Planet Labs ABŞ-ın San-Fransisko şəhərində yerləşən özəl şirkətdir. Şirkət 2010-cu ildə NASA-nın keçmiş əməkdaşları tərəfindən yaradılıb və CubeSat formatlı kiçik peyklərin hazırlanması və istehsalı ilə məşğuldur.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb.
İranda bir sıra şəhərlər, o cümlədən paytaxt Tehran hücumlara məruz qalıb. Zərbələrdən biri ölkənin ali rəhbəri Əli Xameneinin iqamətgahına endirilib və o, hücum nəticəsində həyatını itirib. Buna cavab olaraq İran İsrailə və Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir.
Seçilən
34
1
azadmedia.az

2Mənbələr