AZ

Rodridən polisə şikayət edilib

İngiltərənin "Mançester Siti" futbol komandasının yarımmüdafiəçisi Rodri qeyri-adi qalmaqalla gündəmə gəlib. Dünyanın ən yaxşı futbolçularından biri hesab olunan ispaniyalı yarımmüdafiəçinin qonşuları onun öz mənzilindən dronlar uçurduğunu söyləyərək polisə müraciət ediblər.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, qonşuların sözlərinə görə, futbolçu pilotsuz uçuş aparatlarından istifadə edərək onları izləyir və şəxsi həyatlarının gizliliyini pozur.

Şahidlərdən biri bildirib ki, istirahət etdiyi vaxt pəncərəsindən cəmi bir metr məsafədə dron görüb və bu, onu ciddi şəkildə narahat edib.

Hazırda Mançester polisi hadisə ilə bağlı araşdırmaya başlayıb. İddialar sübuta yetirilərsə, Rodri həm qanun qarşısında, həm də klub daxilində intizam cəzası ilə üzləşə bilər.

Qeyd edək ki, "Mançester Siti" və futbolçunun özü hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Milli.Az

Seçilən
45
1
milli.az

3Mənbələr