ABŞ və İsrailin İranın Kerman şəhərində yerləşən hava limanına hücum etdiyi bildirilir.
Redaktor.az xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Kerman qubernatorunun təhlükəsizlik üzrə müavini ABŞ və İsrailin hava limanına hava zərbəsi endirdiyini açıqlayıb. Onun sözlərinə görə, hücum nəticəsində Kerman hava limanının bir hissəsi zədələnib.
Bildirilib ki, zərbə zamanı istismardan çıxarılmış iki təyyarə də zədələnib.
Qeyd edək ki, bundan əvvəl yayılan məlumatlara əsasən, martın 10-u səhər saatlarında ABŞ və İsrailin İranın mərkəzində yerləşən yaşayış məntəqəsinə hücumu nəticəsində ən azı beş nəfər ölümcül xəsarət alıb.
Aminə ŞAHSUVARQIZI