Sia Az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Ümumiyyətlə, Azərbaycanın ticarət tərəfdaşları ilə bağlı iqtisadi balans məsələsinə baxdıqda, qeyd etmək lazımdır ki, burada əsas göstəricilərdən biri ticarət balansıdır. Ticarət balansı ölkənin xarici ticarət dövriyyəsini, yəni ixrac və idxal münasibətlərini əks etdirir və ölkənin iqtisadi dayanıqlığını qiymətləndirmək üçün mühüm göstərici hesab olunur".
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, Azərbaycanın ticarət dövriyyəsində, hər zaman olduğu kimi, ötən il də müsbət saldo müşahidə olunub ki, bu da ölkəmizin ixrac imkanlarının idxaldan daha üstün olduğunu göstərir: "Eyni zamanda, yalnız ticarət dövriyyəsində deyil, cari əməliyyatlar balansında da ölkəmizdə müsbət göstəricilər müşahidə olunur. Bu, Azərbaycan iqtisadiyyatının xarici iqtisadi əlaqələrdə dayanıqlı olduğunu və ölkəyə daxil olan vəsaitlərin xaricə çıxan vəsaitlərdən çox olduğunu göstərir. Azərbaycanın əsas ticarət tərəfdaşları arasında birinci yerdə İtaliya, ikinci yerdə Türkiyə, üçüncü yerdə isə Rusiya qərar tutur. Daha sonrakı yerlərdə isə Çin və Avropa İttifaqı ticarət dövriyyəsində önəmli paya malikdir. Bu ardıcıllıq ölkəmizin müxtəlif coğrafi və iqtisadi əlaqələrini əks etdirir və strateji tərəfdaşlıq baxımından mühüm rol oynayır.
Düşünürəm ki, qarşıdakı bir neçə il ərzində bu ardıcıllıq əsasən qorunub saxlanacaq. Lakin zaman keçdikcə müəyyən dəyişikliklərin baş verməsi də mümkündür. Məsələn, yaxın üç-dörd il ərzində Çin ilə aparılan ticarət əməliyyatlarının artması nəticəsində Çin ticarət dövriyyəsinə görə Rusiyanı üstələyə bilər. Bu isə Azərbaycanın iqtisadi tərəfdaşlıq strategiyasında dəyişikliklər etməsini və yeni bazarlara diqqəti artırmasını tələb edə bilər.
Ümumilikdə, Azərbaycanın ticarət balansının müsbət olması və əsas tərəfdaşlarla davamlı iqtisadi əlaqələrin mövcudluğu ölkəmizin iqtisadi inkişafına və xarici ticarət siyasətinə mühüm töhfə verir. Bu göstəricilər həmçinin investorlar üçün də etibarlı bir siqnal hesab olunur və ölkənin iqtisadi sabitliyinə dair ümumi mənzərəni gücləndirir".
Müəllif: Günel Fərzəliyeva
WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər

İqtisadiyyat
"Bayram öncəsi qiymət artımı müvəqqətidir" - EKSPERT AÇIQLADI

İqtisadiyyat
Yüksək dağlıq ərazilərdə qarölçmə işlərinə başlanılıb

İqtisadiyyat
“Neft qiymətinin artması Azərbaycan iqtisadiyyatına uzunmüddətli təsir göstərir” -EKSPERT DANIŞDI

İqtisadiyyat
“Azərsun Holdinq” “Təmiz Dünya” İctimai Birliyinə dəstək verəcək
.jpg)
İqtisadiyyat
“Coca-Cola” qadın jurnalistləri təbrik edir

İqtisadiyyat
Azərbaycan neftinin qiyməti 103 dolları ötüb

İqtisadiyyat
Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qazın qiyməti artıb

İqtisadiyyat
Bu günün valyuta məzənnələri

İqtisadiyyat
Azərbaycanda dəmiryolu nəqliyyatı ilə yükdaşımalarının həcmi və dəyəri açıqlanıb

İqtisadiyyat
Azərbaycan kakao ixracından qazancını 74 % artırıb

İqtisadiyyat
Avropada qazın qiyməti kəskin artıb

İqtisadiyyat
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı göndəriləcək
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.