ain.az, Cebheinfo portalına istinadən məlumat verir.
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb. Rayon xəstəxanasının təcili tibbi yardım şöbəsinə məxsus olan "UAZ" markalı avtomobil "VAZ 21011"lə toqquşub.
Çağırışa gedən təcili tibbi yardım maşınında olan ferdşel A.Həsənzadə xəsarət alıb. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.