AZ

Tramp onları araşdırmağa başladı: Növbəti prezident kim olacaq?

ABŞ prezidenti Donald Tramp Respublikaçılar Partiyası daxilində prezidentliyə potensial varisləri nəzərdən keçirməyə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ liderinə yaxın mənbələrə istinadla məlumat yayıb.

Nəşr qeyd edir ki, Tramp məsləhətçilər, donorlar və tərəfdarlarla gələcək liderlik variantlarını fəal şəkildə müzakirə edir, onların güclü və zəif tərəflərini qiymətləndirir. Potensial namizədlər arasında vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio da var.

WSJ vurğulayır ki, Rubio İran və ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri ilə bağlı məsələlər də daxil olmaqla, xarici siyasət və diplomatiya üçün daha təcrübəli seçim kimi qəbul edilir.
Vens, əksinə, MAGA hərəkatı (Amerikanı Yenidən Böyük Edək) tərəfdarları və seçicilərin daha mühafizəkar hissəsi arasında populyardır və bu da onu partiyadaxili dəstək baxımından cəlbedici edir.
Seçilən
33
publika.az

1Mənbələr