Misli Premyer Liqasının XXIII turunda cari mövsümün ən məhsuldar və böyükhesablı oyunlarından biri baş tutub.
Offsideplus.az xəbər verir ki, "Qarabağ" bu turda "Araz-Naxçıvan"ı 6:0 hesabı ilə darmadağın edib.
Bu qarşılaşma cari çempionatda bir sıra ilklərlə yadda qalıb. Belə ki, mövsüm ərzində ilk dəfədir ki, hər hansı bir komanda rəqib qapısından 6 cavabsız top keçirir və 6 top fərqi ilə meydanı qələbə ilə tərk edir.
Qeyd edək ki, indiyədək mövsümün ən böyükhesablı nəticəsi 5:0 kimi qeydə alınmışdı. Bu hesab daha əvvəl "Zirə"nin "Kəpəz" üzərindəki qələbəsində (30 avqust 2025) və "Qarabağ"ın "Araz-Naxçıvan"la səfər oyununda (21 sentyabr 2025) qeydə alınmışdı.
Budəfəki nəticə isə yeni rekord kimi tarixə düşüb.