AZ

Türkiyənin ən böyük qızıl mərkəzində soyğunçuluq hadisəsi baş verib

Oxumeni.az saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyənin ən böyük qızıl mərkəzində soyğunçuluq hadisəsi baş verib

Türkiyənin ən böyük zərgərlik istehsalı və ticarət mərkəzi və dünyanın azsaylı mərkəzlərindən biri olan İstanbulda Kuyumcukentdə böyük bir soyğunçuluq hadisəsi baş verib.

Oxuməni.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə 9 mart bazar ertəsi günü, saat 7:22-də Kuyumcukent Alış-veriş Mərkəzinin qapalı dayanacağında baş verib.

İki sürücü də daxil olmaqla yeddi quldurdan ibarət qrup, dayanacaqda saxlanılan nağd pulu gəldikləri kommersiya avtomobilinə yükləyiblər. Şübhəlilər pulla birlikdə hadisə yerindən tez bir zamanda qaçıblar.

Bir neçə saniyə ərzində baş verən soyğun təhlükəsizlik kameralarına da düşüb. Videoda şübhəlilərin uzun lüləli odlu silahlarla silahlandığı görünür. Hadisədən sonra polis quldurları tutmaq üçün işə başlayıb, lakin hələlik rəsmi açıqlama verilməyib.

Əziz MUSTAFA

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
1
oxumeni.az

2Mənbələr