Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İran hökuməti martın 3-dən etibarən yumurta, pomidor, xurma və kartof kimi əsas kənd təsərrüfatı məhsullarının ixracını dayandırdığını açıqlayıb və qərarın növbəti bildirişədək qüvvədə qalacağı bildirilib. Rəsmi izahata görə, məqsəd daxili bazarda qiymət sabitliyini qorumaq və ölkə daxilində ərzaq tələbatını təmin etməkdir. Bu qərar əvvəlki məhdudiyyətlərlə müqayisədə daha genişdir və bir sıra əsas qida məhsullarının ixracını əhatə edir.Bu addımı İranın qlobal ərzaq bazarında təzyiq aləti kimi istifadə etmək cəhdi kimi qiymətləndirmək mümkündürmü? Yoxsa, qərar əsasən daxili bazarı qorumağa yönəlmiş iqtisadi tədbir kimi izah edilməlidir?
Politoloq Əli Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ-İsrail ittifaqının İrana hücumu onsuz da ağır olan sosial iqtisadi durumu daha ağırlaşdırır: “İran dünya bazarına əsasən xam neft və neft məhsulları təbii qaz ixrac edir. Ümumi ticarət dövriyyəsi də ərzaq və kənd təsərrüfatı məhsulları ilə müqayisədə azdır. Müharibə məcbur edir ki, humanitar və ərzaq böhranının qarşısını almaq üçün strateji məhsulların ixracına məhdudiyyətlər qoysun”.
Əli Orucov
Əli Orucov qeyd edib ki, müharibənin uzun çəkəcəyi ehtimalları artır: “İsrail və ABŞ məqsədlərinə qısa müddət ərzində çatmaq planları axsayır. Rejim dəyişikliyi etmək üçün hava hücumları kifayət etməyə bilər. Belə olan halda da Tehran bahalaşmanın astronomik həddə çatmasının qarşısını almaq üçün atdığı preventiv tədbirləri qaçılmazdı. Ancaq bunun da uzun müddət davam edəcəyi və kənd təsərrüfatı məhsullarının lazımı tələbatları qarşıla biləcəyi çətin görünür. Ərzaq təhlükəsizliyi bir ölkənin təhlükəsizliyi üçün vacib şərtlərdən biri hesab olunur. Tehranın da zəruri qidaların ölkədən çıxarılnasına qadağaları həll uzun müddət qüvvədə qalacaq. Bu Azərbaycan bazarlarına də təsirsiz ötüşməyəcək”.
İradə Cəlil, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.