AZ

İranın daha bir UNESCO abidəsi VURULDU

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İsrailin hava hücumu İranın tarixi abidələrinə ziyan vurub.

Redaktor.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, İsrail Müdafiə Qüvvələrinin (İSQ) hava hücumu nəticəsində İranın İsfahan şəhərindəki tarixi abidələr, o cümlədən UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan obyektlər zərər görüb.

İsrail qüvvələri əyalət qubernatorunun binasına hücum etməyə cəhd göstərib. Yaxınlıqda freskaları və əks etdirən hovuzu ilə tanınan Çehel Sotun Sarayı yerləşir. Məlumatda vurğulanıb ki, “zərbənin yaratdığı partlayış dalğası saray kompleksinin bir hissəsinə ziyan vurub”.

Yerli sakinlərdən birinin sözlərinə görə, hazırda şəhərin tarixi rayonunda ciddi təhlükəsizlik tədbirləri görülür, qonşu küçələr bağlanıb və insanların saraya yaxınlaşması qadağan edilib.

Nəşrin müəllifləri əlavə ediblər ki, “YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan və Əli Qapu Sarayı və bir neçə tarixi məscidi özündə birləşdirən Nəqşi Cahan Meydanı ərazisində də ziyan barədə məlumatlar var”.

Xatırladaq ki, martın 2-də ISNA xəbər agentliyi UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan Gülüstan Sarayının da İsrail və ABŞ-nin İran paytaxtına endirilən hava hücumları zamanı zədələndiyini xəbər vermişdi.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
1
redaktor.az

2Mənbələr