Niderlandda həkim öz spermasından istifadə edərək gizli şəkildə 16 uşağın atası olub.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Niderlandda tibb dünyasını sarsıdan bir hadisənin üstü açılıb. Bir ginekoloqun 1970-1980-ci illərdə süni mayalanma prosedurları zamanı donor sperması əvəzinə öz spermasından istifadə etdiyi məlum olub.
Aparılan araşdırmalar nəticəsində həkimin bu yolla ən azı 16 uşağın bioloji atası olduğu təsdiqlənib.
Daha bir narahatedici məqam isə sözügedən həkimin ağır irsi xəstəlik daşıyıcısı olmasıdır.
Hadisə ilə bağlı təhqiqat aparan xəstəxana rəhbərliyi bildirib ki, həmin illərdə ölkədə reproduktiv yardımı tənzimləyən konkret qanunlar mövcud olmayıb.
Lakin həkimin bu hərəkəti həmin dövrün peşəkar təlimatlarını və tibbi etika kodekslərini kobud şəkildə pozub.
Məsələ ilə bağlı zərərçəkmiş ailələrin və uşaqların hüquqi müstəvidə addımlar atacağı gözlənilir.
Xuraman Etibarlı
İnterpress.az