Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İngiltərənin məşhur ''The Athletic'' idman portalı ''Qalatasaray''la ''Liverpul''un duelindən öncə türkiyəli müdafiəçi Ozan Kabakdan geniş müsahibə götürüb. "Football-plus.az* xəbər verir ki, jazırda ''Hoffenhaym''ın şərəfini qoruyan 25 yaşlı futbolçu ''Qalatasaray''ın yetirməsidi. O, icarə əsasında qısa müddət ''Liverpul''da da top qovub. 2024-də aldığı ağır zədə üzündən Avropa Çempionatını qaçıran və uzun müddət futboldan kənar qalan, bu mövsüm isə yenidən formasını bərpa etməyə başlayan Ozan Kabak bir çox mövzuya toxunub:
''Yaşadıqlarımdan sonra anladım ki, uzun müddətli planlar qurmağa ehtiyac yoxdu. İndiki anla yaşayıram. Hazırda əla performans sərgiləyirəm və hələ də karyeramın əsas hissəsinin qarşıda olduğunu düşünürəm. Şanssız və hətta qorxunc bir zədə aldım. Həmin an bununla barışmaq çox çətin idi. Çünki yaxşı mövsüm keçirmişdim və gözəl tanıdığım Almaniyada keçiriləcək AÇ-yə tam hazır idim. Bu, arzumun reallaşması mənasını verəcəkdi. Amma əvəzində qrupda Gürcüstana qarşı oyunu xəstəxanada izləməli oldum. Həmin gün dizimdən əməliyyat olundum. Əməliyyatdan sonra hələ də dərmanların təsiri altında idim və özümü yaxşı hiss etmirdim. Ailəm və menecerim ilə otaqda idim. Oyunu izləməyə başladıqda göz yaşlarımı saxlaya bilmədim. Həqiqətən çətin dönəm idi. Hətta özümə bir daha futbola dönüb-dönməyəcəyim ilə bağlı suallar verirdim. Çünki adicə yeriməkdə belə çətinlik çəkirdim. Ağrılarım olurdu. Reabilitasiya dönəmində 20-30 kitab oxudum. Onların arasında ''Kürk mantolu Madonna'' ən sevdiyim idi. O kitab mənə sanki ilham verdi və məsələyə başqa cür yanaşmağa yardım etdi. Kitab mənə sahib olduqlarımı təqdir etməyi və bunların qədrini bilməyi öyrətdi. Əslində belə bir dönəmdən keçdiyim üçün xoşbəxtəm. Zədəni nəzərdə tutmuram. Zədəli olduğum müddət mənə minnətdar olduğum tamamilə yeni şeylər qazandırdı. Artıq daha təcrübəli insan və futbolçuyam. Əvvəlkindən çox güclü insanam. ''Liverpul''da qısa müddət oynasam da, ordakı insanlarla çox yaxşı münasibətlər qurdum. Adi həyatda, küçədə gəzərkən hər zaman onların dəstəyini hiss etdim. Onlar özəl insanlardı. Amma geriyə boylananda deyə bilərəm ki, qəribə dönəm idi. Cəmi 20 yaşım var idi. Başqa bir ölkəyə transfer olunmuşdum və üzərimdə böyük təzyiq hiss edirdim. Elə ''Liverpul'' özü də yaxşı nəticələr göstərmirdi. Debüt oyunumda ''Lester''ə 1:3 uduzduq. Alisson ilə aramızda anlaşılmazlıq oldu və şanssız bir qol buraxdıq. Ancaq 3 gün sonra Çempionlar Liqasında ''Leyptsiq'' ilə qarşılaşmada əla performans sərgilədim və qalib gəldik. Həmin an o cəsarəti göstərib meydana çıxmaq asan deyildi. Yürgen Klopp məni yanına çağırıb ''Liverpul''un məni daimi əsasda transfer etməyəcəyini söyləyərkən çox üzülmüşdüm. Çünki həmin qısa müddətdə nə mümkün idisə onu da etdim. Müqaviləyə imza atdıqdan 3 gün sonra artıq adım iştirak ərizəsinə salınmışdı. 6 gün sonra isə ilk oyunuma çıxdım. Başqa ölkədən gələn gənc mərkəz müdafiəçisi üçün bunları yaşamaq asan deyildi. Hər böyük klub bu cür riskə getmir. ''Liverpul''da daha uzun müddət qalsaydım, bütün potensialımı göstərə bilərdim. Amma yenə də böyük klubda oynadığım üçün xoşbəxtəm. Bu gün sahib olduqlarıma görə ''Qalatasaray''a minnətdar olmalıyam. ''Liverpul'' sayəsində isə populyarlığım artdı və dünya səviyyəli futbolçuya çevrildim. Maraqlı oyun olacaq. ''Qalatasaray''ın meydan və azarkeş üstünlüyü olacaq. Ancaq komanda kimi onların bundan daha çox üstünlükləri var. Ötən mövsüm ''Hoffenhaym'' üçün dəhşətli alınmışdı. Ancaq bu mövsüm yeni enerji ilə daha yaxşı oynayırıq. Özü də hücum futbolu sərgiləyirik. Məşqlərdə çox çalışırıq. Daha öncə hansısa mövsümdə bu qədər məşqlərdə can və güc qoyduğumu xatırlamıram. Standart zərbələr zamanı hücuma qoşulmağı, başla zərbələr vurmağı xoşlayıram. Bunun üçün yaxşı keyfiyyətlərimin olduğunu bilirəm. Amma təkcə istedad yetərli deyil. Düzgün zəkaya və mentalitetə də ehtiyac var. Bu üzdən hətta ardıcıl 10 standart zərbədə başla vura bilməsəm, 11-cidə yenə böyük istəklə hücuma qoşuluram''.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.