AZ

Altı min il əvvəl nəsli kəsilmiş hesab edilən heyvanlar sağ tapıldı

Oxumeni.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Altı min il əvvəl nəsli kəsilmiş hesab edilən heyvanlar sağ tapıldı

Avstraliyalı alimlər Yeni Qvineyada kuskus fəsiləsinə aid iki fərqli növün iki fərdini sağ tapıblar. Bu opossumların 6 min il əvvəl nəsli kəsilmiş hesab olunurdu.

Bu barədə Oxuməni.az "Records of the Australian Museum" jurnalına istinadən xəbər verir.

Belə ki, Çendravasih yarımadasının tropik meşələrində ağac koğuşlarında yaşayan halqaquyruqlu kuskus və çəkisi təxminən 200 qram olan cırtdan uzunbarmaq opossum tapılıb. İkinci heyvanın xüsusiyyəti ondan ibarətdir ki, hər əlindəki dördüncü barmaq digərlərindən iki dəfə uzundur, bu da ona qabıqdakı çatlardan sürfələri çevikliyi ilə çıxarmağa imkan verir.

Alimlərin sözlərinə görə, bu heyvanları tapmağa Maybrat və Tambrаuv yerli papuas tayfaları kömək edib - onlar opossumları müqəddəs heyvan hesab edirlər.

Almaz Həsənli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
1
oxumeni.az

2Mənbələr