Ən çox istifadə edilən tərəvəz olan kartofun qiyməti artıb. İrandan kartof ixracına qoyulan qadağa görünür qiymətlərə təsir edir. Nəzərə alsaq ki, qadağa davam edir, qiymətlərin necə olacağı sualı maraq doğurur.
NOCOMMENT.az xəbər verir ki, satıcıların sözlərinə görə, İrandan kartof ixracına qoyulan qadağadan sonra bir kiloqramda 20 qəpik artım var. Amma qiymətlər tək İran kartofunda yox, Pakistan, Türkiyə və yerli kartofda da özünü göstərir:
“Artım bir neçə gün öncə olub, davam edəcəyi gözlənilmir. Hal-hazırda topdan satışı 80 qəpikdir. İran kartofları isə 1 manatdan yuxarıdır. Bir azdan öz yerli Cəlilabad kartoflarımız da çıxacaq”.
Fermerlərin sözlərinə görə, kartofun qiymətində 10-15 qəpik artım var.