AZ

BMT İsrailin İranın elektrik şəbəkəsinə hücumlarındanNARAHATDIR

BMT İnsan Hüquqları üzrə Ali Komissarlığı İsrailin İran enerji infrastrukturuna hücumlarından narahatdır.

Redaktor.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (BMTİHAK) sözçüsü Ravina Şamdasani brifinqdə açıqlama verib.

Şamdasani bildirib ki, “biz bu hücumların mülki əhalinin sağlamlıq hüququna və ətraf mühitə təsirindən narahatıq. Bu hücumların əhaliyə və ətraf mühitə proqnozlaşdırılan təsiri beynəlxalq humanitar hüquq üzrə mütənasiblik və ehtiyat tədbirləri ilə bağlı öhdəliklərin yerinə yetirilib-yetirilməməsi ilə bağlı ciddi suallar doğurur”.

O əlavə edib ki, İsrailin İranın enerji infrastrukturu obyektlərinə hərbi səbəblərdən başqa məqsədlərlə də zərbə endirməsi istisna edilmir.

Aminə ŞAHSUVARQIZI

Seçilən
82
1
redaktor.az

2Mənbələr