AZ

İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər

ain.az, Marja.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin tezliklə başa çata biləcəyinə dair açıqlamalarından sonra diplomatiya ilə bağlı ayrıca bəyanat verib.

Marja xəbər verir ki, Fox News tərəfindən yayılan xəbərə görə, Tramp İranla danışıqların mümkün ola biləcəyini bildirib.

“İranlılar danışmaq istəyirlər. Bu, mümkündür, şərtlərdən asılıdır. Bilirsiniz, biz bundan artıq danışmaq məcburiyyətində deyilik. Amma mümkündür”, 

ABŞ Prezidenti Donald Tramp daha əvvəl neftlə bağlı bəzi sanksiyaları qaldıracağını, ABŞ Donanmasının tankerlərin Hörmüz boğazı vasitəsilə keçidinə kömək edəcəyini və İranla müharibənin “çox yaxın zamanda” başa çatacağını düşündüyünü demişdi.

ABŞ Prezidenti münaqişənin bu həftə bitəcəyinə inanmadığını, lakin əməliyyatın planlaşdırılandan daha sürətli irəlilədiyini vurğulayıb və enerji qiymətləri ilə bağlı narahatlıqları azaltmağa çalışıb.

Tramp həmçinin bildirib ki, İran neft təchizatını dayandırmağa çalışarsa, ABŞ “daha sərt bombardman” həyata keçirə bilər.

XXX

"İranla danışa bilərik".

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”a bildirib.

O, İranla danışıqları istisna etməyib.

“İranlılar danışmaq istəyirlər. Bu, mümkündür, şərtlərdən asılıdır. Bilirsiniz, biz bundan artıq danışmaq məcburiyyətində deyilik. Amma mümkündür”, - Tramp qeyd edib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
6
marja.az

8Mənbələr