AZ

Neymarla bağlı qərar verildi

“Santos”un hücumçusu Neymar Braziliyanın 2026-cı il dünya çempionatı üçün ilkin heyətinə daxil edilib.

Msport.az xəbər verir ki, milli komandanın baş məşqçisi Karlo Ançelotti oyunçuya şans verməyə hazırdır.

Lakin hər şey Neymarın formasından asılı olacaq. Məşqçi qərarını vermək üçün “Santos”un “Mirasol”a qarşı oyununa qatılacaq.

Neymar “Santos”un gənclər sisteminin yetirməsidir. “San Paulo” klubunda olduğu müddətdə Neymar bütün yarışlarda 256 oyun keçirib, 149 qol vurub, 71 məhsuldar ötürmə verib.

Seçilən
92
msport.az

1Mənbələr