Ajans.az xəbər verir ki, bu barədə Bəhreyn Krallığının Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin "X" sosial şəbəkəsində yaydığı açıqlamada bildirilir: "İlkin məlumatlara görə, Manamada yerləşən yaşayış binasına qarşı yönəlmiş açıq-aşkar İran aqressiyası nəticəsində bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb".
Hadisə ilə bağlı əlavə məlumatların dəqiqləşdirildiyi qeyd olunur.