AZ

Puqaçovadan 95 min tələb edir

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyada Federal Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinin rəhbəri Vitali Borodin Xalq artisti Alla Puqaçovadan 5 milyon rubl (təxminən 95 min manat) təzminat tələb edib.

Axşam.az xəbər verir ki, Borodin iddia ərizəsində şikayətin onun şərəf, ləyaqət və işgüzar nüfuzuna vurulan zərərlə bağlı olduğunu qeyd edib. O bildirib ki, tələb etdiyi vəsaiti əldə edəcəyi halda onu cəbhəyə göndərəcək.

Xatırladaq ki, bir neçə ay əvvəl Borodin Alla Puqaçovanın son müsahibəsindən sonra onu məhkəmə yolu ilə "Xalq artisti" fəxri adından məhrum etdirmək niyyətində olduğunu açıqlamışdı. Borodin hesab edir ki, Puqaçova dediklərinin məsuliyyətini yaxşı anlayır və açıqlamalarına görə pul qazanır. Onun sözlərinə görə, sənətçi uzun illər ərzində Rusiya cəmiyyətinə şüurlu şəkildə zərər verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
axsam.az

1Mənbələr