“Turan Tovuz”un qapıçısı Sergey Samok Premyer Liqada meydana çıxdığı ardıcıl 8-ci oyunda qapısını toxunulmaz saxlayıb.
Arena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 23-cü turunun “Neftçi” ilə görüşündə (1:0) qapısını toxunulmaz saxlayan qolkiper cari mövsümdə meydana çıxdığı 6 matçın heç birində qol buraxmayıb.
Xatırladaq ki, Samok ötən çempionatın son iki turunda da “quru oyun” keçirib. O, sonuncu dəfə 2024/2025-ci illər mövsümünün 34-cü turunda qol buraxıb. Rusiyalı qapıçı “Neftçi” ilə 2025-ci il mayın 10-da baş tutan ev matçında (1:2) rəqibin fərqlənməsinə mane ola bilməyib. Həmin görüşdə sonuncu qolu 32-ci dəqiqədə Dembo Darbo vurub. Buraxılan topdan sonra Sergey Samok “quru” dəqiqələrinin sayını 778-ə çatdırıb.
