AZ

Qan xəstəlikləri üçün 1,7 milyon manat ayrıldı

Modern.az saytına istinadən ain.az xəbər verir.

Milli Hematologiya və Transfuziologiya Mərkəzi tibbi xidmətlərin keyfiyyətinin artırılması və laboratoriya diaqnostikasının fasiləsiz təminatı istiqamətində yeni satınalma müsabiqəsi elan edib.

Modern.az xəbər verir ki, Mərkəz tərəfindən dərman preparatları, tibbi sərfiyyat materialları və laboratoriya reaktivlərinin satın alınması nəzərdə tutulub.

Layihənin ehtimal olunan ümumi qiyməti 1.726.287,57 azn təşkil edir.

Milli Hematologiya və Transfuziologiya Mərkəzihematoloji və transfuzioloji xidmətlərin müasir standartlara uyğun həyata keçirilməsi üçün lazım olan ehtiyatların yaradılmasını hədəfləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
75
1
modern.az

2Mənbələr