AZ

MLS iki futbolçunu ömürlük diskvalifikasiya etdi

MLS iki futbolçunu mərc oyunlarında iştiraka görə ömürlük diskvalifikasiya edib.

"Unikal" liqanın rəsmi saytına istinadən xəbər verir ki, ABŞ-li yarımmüdafiəçi Derrik Cons və qanalı hücumçu Yov Yeboa cəzalandırılıblar. Araşdırma nəticəsində futbolçuların MLS oyunlarına, o cümlədən öz komandalarının iştirakı ilə keçirilmiş qarşılaşmalara mərc etdikləri müəyyənləşdirilib. Qaydaların pozulması halları 2024/2025-ci illər mövsümündə qeydə alınıb.

29 yaşlı D. Cons MLS-də “Filadelfiya”, “Neşvill”, “Hyuston, “Şarlott” və “Kolambus” klublarında çıxış edib. O, “Kolambus”la birlikdə KONKAKAF Çempionlar Liqasının finalına yüksəlib. Futbolçu hazırda azad agent statusundadır.

28 yaşlı Y. Yeboa isə 2023-cü ildə “Kolambus”un heyətində MLS çempionu olub. O, liqada, həmçinin “Los-Anceles” komandasının formasını geyinib. Futbolçu hazırda Çinin “Sindao” kollektivində çıxış edir.

Seçilən
23
unikal.az

1Mənbələr