AZ

Macarıstan “Oşadbank”ın pullarını Ukraynaya qaytarmaq niyyətində deyil

ain.az, Bizimyol saytına istinadən bildirir.

Macarıstan Nəqliyyat naziri Yanosh Lazar bildirib ki, “Oşadbank”ın pullarının müsadirə olunması Ukraynanın “Drujba” neft kəmərinin işləməsini blokladığı iddialarına cavabdır.

Bizimyol.info xəbər verir ki, bu barədə Macarıstanın "Telex" nəşri məlumat yayıb.

Lazar təsdiqləyib ki, Ukraynaya aparılmaqda olan nağd pul yüklərinin saxlanılması təsadüfi deyildi. Bu addım neft kəmərinin işləməsinin bloklanması ilə bağlıdır və neft tədarükü bərpa olunana qədər müsadirə edilmiş qızıl, dollar və avro Ukraynaya qaytarılmayacaq.

“Ukraynalıların çox əsəbləşdiyini bilirik. Əgər bizə təzyiq göstərirlərsə, biz buna uymayacaq qədər ağıllıyıq,” – deyə o bildirib və pulun saxlanmasının birbaşa neft blokadası ilə əlaqəli olduğunu vurğulayıb.

Lazar həmçinin qeyd edib ki, məsələdə pul yuyulması, təşkil olunmuş cinayətkarlığın maliyyələşdirilməsi və siyasətlə bağlı suallar yaranır. O, eyni zamanda, oxşar müsadirələrin gələcəkdə yeni pul daşımaları zamanı da təkrarlana biləcəyinə işarə edib.

“Biz etdiyimizi təsadüfən etmədik və pulları onlara qaytarmayacağıq. Pul burada qalır, neft kəmərinin açılmasını və Macarıstan vasitəsilə yeni ukrayna pul yüklərini gözləyirik,” – deyə nazir əlavə edib.

Qeyd olunur ki, "Raiffeisen Bank International" bank sirri səbəbindən “Oşadbank” üçün pul köçürməsini təsdiqləməyib, lakin illərdir banknot ticarəti ilə məşğul olduğunu və mərkəzi banklar, tənzimləyicilər və distribyutorlarla əməkdaşlıq etdiyini bildirib.

Xəbər mənbələri həmçinin Avstriya mətbuatına istinad edərək bildirir ki, 2022-ci ildə Ukrayna hava limanlarının bağlanmasından sonra nağd pullar Macarıstan vasitəsilə Ukraynaya daşınır.

5 martda Macarıstanda dövlət “Oşadbank”ın əməkdaşları nağd pul daşıyan maşınlarla birlikdə oğurlanıb. Bank işçiləri Avstriya və Ukrayna arasında hərəkət edən iki bank maşınını idarə edirdilər.

6 martda qanunsuz saxlanılan “Oşadbank”ın inkassator əməkdaşları evlərinə qayıdıb. Lakin maşınlar və qiymətli əşyalar hələ də saxlanılır. Bank öz hüquqlarını qoruyacağını və əşyaların geri qaytarılmasını tələb edəcəyini açıqlayıb.

Macarıstanın hakim partiyası Fidesin lideri Mate Koçiş Ukraynanın “Oşadbank”ının müsadirə edilmiş aktivləri ilə bağlı qanun layihəsi təqdim edib. Bu layihəyə əsasən, cinayət istintaqı bitənədək pul və qiymətli əşyalar müsadirə edilə bilər.

Ukrayna Xarici İşlər naziri Andrey Sibiga bildirib ki, Macarıstan ukraynalı bankın pulunu “qanuni” hala gətirmək üçün qanun layihəsi irəli sürməklə “qanunsuzluq spiralına düşür”. Sibiga vurğulayıb ki, Ukrayna bütün məsul şəxsləri cavabdeh edəcək – yalnız pul oğurluğu üçün deyil, eyni zamanda Ukrayna vətəndaşlarına qarşı qəddar davranış üçün də.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
bizimyol.info

1Mənbələr