AZ

İrəvan “Metsamor”un istismar müddətini 2026-cı ilədək uzadacaq

BAKI, 10 mart. TELEQRAF

“Ermənistan “Metsamor” atom elektrik stansiyasının (AES) istismar müddətini 2036-cı ilə qədər uzadacaq və modul tipli reaktora keçəcək”.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Parisdə keçirilən II Nüvə Enerjisi Sammitində bildirib.

“Bu gün təhlükəsizlik texnologiyalarının inkişafı ilə istismarda olan nüvə reaktorlarının ömrünün uzadılması sıfır emissiyaya nail olmaq üçün vaxtında və səmərəli yol təqdim edir. Bu kontekstdə Ermənistan öz AES-inin istismar müddətini 2036-cı ilə qədər uzatmaq üçün proqrama başlayıb. Bu uzadılma yeni nüvə enerji blokuna uğurlu və təhlükəsiz keçid üçün möhkəm təməl qoyacaq”, - o deyib.

Seçilən
13
teleqraf.com

1Mənbələr