AZ

Yeni nəsil rəqəmsal platformanın yaradılmasına ABŞ şirkətini cəlb edir

Azərbaycanın İqtisadiyyat Nazirliyi və “haimaker.AI Inc.” şirkəti Azərbaycanda yeni nəsil rəqəmsal platforma və ekosistemin hazırlanması üzrə potensial tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayacaq.

ABŞ-Azərbaycan Ticarət Palatasına (USACC) məlumat yayır ki, imzalanma mərasiminin Vaşinqtonda USACC-nin 30 illiyi münasibətilə keçiriləcək tədbir çərçivəsində baş tutması gözlənilir.

Memorandumu ABŞ-də səfərdə olan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və “haimaker.AI Inc.” şirkətinin baş direktoru və həmtəsisçisi Su Le imzalayacaqlar.

Azərbaycan nümayəndə heyətinin ABŞ-nin biznes ictimaiyyətinin nümayəndələri ilə bir sıra görüşləri də gözlənilir.

MənbəReport
Seçilən
61
2
banker.az

3Mənbələr