AZ

Fransa Yaxın Şərqdəki müttəfiqlərinə HHM sistemləri göndərib

Fransa

Fransa ABŞ və İsrailin İrana hücumundan sonra bölgədə yaranan gərginlik fonunda müttəfiqlərinin müraciətindən sonra Yaxın Şərq ölkələrinə hava hücumundan müdafiə vasitələri göndərib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fransanın silahlı qüvvələr naziri Ketrin Votren "BFMTV" telekanalına açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, Fransa müdafiə sazişlərinin mövcud olduğu və hücuma məruz qalan müttəfiq ölkələrə dəstək göstərir. O, nümunə kimi Qətər, BƏƏ və Səudiyyə Ərəbistanını qeyd edib.

Votren bildirib ki, göstərilən dəstəyə BƏƏ-də yerləşdirilmiş Rafale qırıcılarının uçuşları, həmçinin bu ölkələrin sorğusu əsasında hava hücumundan müdafiə sistemlərinin göndərilməsi daxildir.

Nazir əlavə edib ki, bölgədə olan Fransa qüvvələri yalnız müdafiə xarakterli tapşırıqlar yerinə yetirir və Fransa münaqişənin tərəfi deyil. O, həmçinin Fransanın “Şarl de Qoll” aviadaşıyıcısının Aralıq dənizində qaldığını və onun Hörmüz boğazı bölgəsinə göndərilməsi ilə bağlı hələlik qərar verilmədiyini bildirib.

Məryəm Quliyeva

Seçilən
3
xalqcebhesi.az

1Mənbələr