AZ

Pit Heqsetdən Möctəba Xameneiyə xəbərdarlıq: Nüvə silahı planlarından imtina edilməlidir

Pit
ABŞ-nin müharibə naziri Pit Heqset İranın yeni ali lideri Möctəba Xameneinin ABŞ Prezidenti Donald Trampın çağırışlarına diqqət yetirməli olduğunu bildirib. 1news.az xəbər verir ki, o, bu barədə Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn ilə birlikdə keçirdiyi mətbuat konfransında danışıb.
Heqset qeyd edib ki, İran rəhbərliyi üçün ən düzgün addım ABŞ prezidentinin mesajını nəzərə almaq və nüvə silahı hazırlamaq planlarından imtina etdiyini açıq şəkildə bəyan etməkdir. “İranın yeni liderinin prezidentimizin sözlərinə qulaq asması ağıllı qərar olardı. Nüvə silahı yaratmağa can atmamaq və bunu açıq şəkildə bəyan etmək lazımdır”, – deyə o bildirib.

Pentaqon rəhbəri Moctəba Xameneinin İrana endirilən zərbələr nəticəsində yaralana biləcəyi ilə bağlı yayılan iddialara da münasibət bildirib. O, bu barədə yayılan məlumatları şərh edə bilməyəcəyini deyib.

Seçilən
14
1news.az

1Mənbələr