AZ

Bacısını ondan xəbərsiz salona getdiyi üçün bıçaqlayan qaradaşa hökm oxundu

Bacısını ondan xəbərsiz salona getdiyi üçün bıçaqlayan Məhəmməd İsmayılovun məhkəməsi yekunlaşıb. 

"Unikal"ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüsal Mehrəliyev ittiham nitqi ilə çıxış edib.

Dövlət ittihamçısı məhkəməyə təqsirləndirilən şəxsin 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Vəkili müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib. Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib.

Hökmə əsasən, Məhəmməd İsmayılov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2024-cü ilin dekabrında paytaxtın Xətai rayonunda qeydə alınıb.

Belə ki, Məhəmməd İsmayılov bacısının ondan xəbərsiz gözəllik salonuna getdiyi üçün 5 bıçaq zərbəsi vurub. 

Xanım xəstəxanaya çatdırılaraq həyatını xilas etmək mümkün olub.

Məhəmməd İsmayılov isə şübhəli şəxs qismində saxlanılıb və barəsində cinayət işi başlanılıb. 

Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Seçilən
55
unikal.az

1Mənbələr