AZ

"PAŞA Bank"ın bütün növ kartlarında əməliyyatlar dayana bilər - SƏBƏB

Azərbaycanın aparıcı banklarından olan "PAŞA Bank" ASC-nin bütün növ kart əməliyyatlarlarında fasilələr yarana bilər.

FED.AZ xəbər verir ki, bank bununla bağlı bütün müştərilərini məlumatlandırıb.

Məlumatda bildirilir ki, 11.03.2026-cı il tarixində saat 03:00-dan 05:00-dək sistemin təkmilləşdirilməsi üzrə texniki işlər aparılacaq. Bununla əlaqədar qeyd olunmuş müddət ərzində bütün növ kart əməliyyatlarında fasilələr müşahidə oluna bilər.

Seçilən
17
fed.az

1Mənbələr