İsrail İranla gərginləşən münaqişədən istifadə edərək Qəzza zolağına qarşı blokadasını sərtləşdirib və iki milyondan çox fələstinlinin ərzaq və yanacaq təchizatını təhdid edib.
Redaktor.az xəbər verir ki, bu barədə Qəzza hökumətinin sözçüsü İsmayıl əl-Səvabta RİA Novosti-yə açıqlamasında bildirib.
O deyib: “İsrail hökuməti regiondakı hadisələrdən istifadə edərək Qəzza zolağına ərzaq və yanacaq idxalına əlavə məhdudiyyətlər qoyub, bu isə humanitar böhranı daha da pisləşdirib”.
Əl-Səvabta vəziyyəti belə izah edib: “Artıq 2,4 milyondan çox insan həyati əhəmiyyətli təchizatdan asılıdır. Qəzza zolağına 7400 yük maşını əvəzinə yalnız 1081 yük maşını yanacaq çatdırılıb. Bundan əlavə, yemək bişirmək üçün istifadə olunan təbii qazın idxalı tamamilə bloklanıb”.
O əlavə edib ki, yanacaq çatışmazlığı su elektrik stansiyalarının, xəstəxanaların və kommunal xidmətlərin fəaliyyətini iflic edib. Misir və Qəzza arasındakı Rəfah sərhəd keçid məntəqəsi isə xəstə və yaralıların daşınması üçün bağlıdır, bu da minlərlə insanın tibbi yardımdan məhrum olmasına səbəb olur.
“Qəzza zolağında yoxsulluq və işsizlik fonunda əsas malların qiymətlərində görünməmiş artım və ailələrin alıcılıq qabiliyyəti azalır”, – əl-Səvabta bildirib.
Aminə ŞAHSUVARQIZI