AZ

Ən imkansız klubun hücumçusu və Premyer Liqaya yaraşmayan o...

Stabil çıxış etsəydi, Kərim Rossi hazırda «Şamaxı»nın formasını geyinməzdi.
Ayağına və başına gələn topların yarısını qola çevirə bilsəydi, aylıq 5000 dollar maaşa razı olmazdı.
Keyfiyyətləri orta həddən aşağı olduğu üçün o, Premyer Liqanın ən imkansız klubunun formasını geyinir. Kubok matçlarında «Qarabağ»a iki qol vuran isveçrəli legionerin «İmişli» ilə qarşılaşmada qaçırdığı bir-iki epizod oldu və göstərdi ki, onun maksimumu budur - gah elədir, gah belə.
Təqvim son həftələrdə «Şamaxı»nı çox yorub. Bərpa olunmaq üçün vaxtları azdır və son matçın gedişində necə çətinlik çəkdikləri göründü.
Oyunu əvvəldən axıra qədər izlədim. «Şamaxı»nın 1 xal istədiyini çəkinmədən iddia edirəm. «Qarabağ»la görüşdə xeyli güc itirmiş, Rossinin son dəqiqədə qaçırdığı penalti ilə kubok mübarizəsini yarımçıq tərk etməyin yaratdığı üzgünlüklə doğma rayona dönmüş komandanın artıq Premyer Liqadan heç bir istəyi yoxdur. Məqsəd çempionatda yerini qorumaqdır, ona da vaxtından xeyli əvvəl nail olublar. Bu səbəbdən «Şamaxı»nın önümüzdəki həftələrdə belə enişli-çıxışlı oyunlarına və nəticələrinə hazır olmalıyıq.
Bir-iki kəlmə də qarşılaşmanın baş hakimi haqda. AFFA Hakimlər Komitəsinə məsləhət verirərdim ki, Vüqar Həsənlini bir daha Premyer Liqanın hansısa oyununa təyin etməsin. Rəhim Həsənov özünü güldürmək, biabır etmək istəmirsə, Premyer Liqanı uşaq bağçası ilə səhv salan referini Region Liqasına da göndərməsin. Bu adamın hakimlikdən elementar anlayışı yoxdur, yerli-yersiz çaldığı fitlə əsəbləri tarıma çəkməkdən savayı nəsə bilmir.

KAMİL

Seçilən
20
sportinfo.az

1Mənbələr