AZ

MLS-də mərc qalmaqalı: Nəriman Axundzadənin klubunda görün nələr baş verib

ABŞ-ın əsas futbol liqası MLS qanalı futbolçular Derrik Cons və Yo Yeboanın idman mərc oyunlarında iştirak etdiklərinə görə ömürlük diskvalifikasiya olunduqlarını açıqlayıb.

Publika.az xəbər verir ki, onlar hətta öz oyunlarına da mərc ediblər.

Araşdırma şübhəli aktivliklə bağlı xəbərdarlıqlardan sonra başlayıb. Yoxlamanın nəticələrinə görə müəyyən edilib ki, “Kolambus Kryu” klubunda komanda yoldaşı olan futbolçular 2024 və 2025-ci il mövsümlərində futbol oyunlarına mərc ediblər.

MLS bildirib ki, mərclərin oyunların nəticələrinə təsir göstərdiyinə dair sübut tapılmayıb. Lakin liqa bir epizodu aşkar edib. Hər iki oyunçu 19 oktyabr 2024-cü ildə “Nyu-York Red Bulls”a qarşı keçirilən matçda Derrik Consun sarı vərəqə alacağına mərc edib və nəticədə bu hadisə baş verib.

Bundan başqa, futbolçuların digər mərc iştirakçılarına meydandakı hərəkətləri ilə bağlı məxfi məlumatlar ötürməsi ehtimalı da var.

Seçilən
71
publika.az

1Mənbələr