AZ

Kredit faizləri ilə bağlı VACİB XƏBƏR

Azərbaycanda kredit və depozit faizləri üzrə banklar arasında rəqabətin artacağı proqnozlaşdırılır.

Bunu “APA-Economics”ə müsahibəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, 2026-cı ildə bank sektoru üçün əsas gözləntilərdən biri banklar arasında rəqabətin daha da güclənməsi olacaq.

Zakir Nuriyev qeyd edib ki, xüsusilə kredit və depozit faizləri üzrə banklar arasında rəqabətin artacağı proqnozlaşdırılır:

“Bu isə nəticə etibarilə müştərilər üçün daha əlverişli şərtlərin formalaşmasına, daha münasib kredit imkanlarının və daha cəlbedici depozit məhsullarının təqdim olunmasına gətirib çıxaracaq”.

XALİD

İqtisadçı Xalid Kərimli Zakir Nuriyevin fikirlərini Musavat.com-a şərh edərkən bildirib ki, rəqabətin intensivləşməsi birmənalı olaraq vətəndaşların xeyrinədir:

“Bu, kredit faizlərinin aşağı düşməsinə gətirib çıxara, o cümlədən xidmətin keyfiyyətini yaxşılaşdıra bilər. Təkcə bank sektorunda deyil, bütün sahələrdə rəqabətin olması ədalətli qiymət siyasətinin formalaşmasına gətirib çıxarır. Mərkəzi Bank rəhbərliyinin son bir neçə ildə əsas məqsədi bank sektorunda rəqabətin yaxşılaşdırılmasıdır. Bu, sektorun inkişafı üçün mühüm amildir. Bazarda bir neçə bank ciddi üstünlüyə malikdir. Əmək haqqı və pensiya kartlarının vətəndaşların özləri tərəfindən seçilməsi rəqabəti artıracaq amildir. Bunun ötən ilin oktyabr-noyabr aylarında reallaşdırılması planlaşdırılsa da, hələ ki, bu proses ləngiyir. Bir sözlə, rəqabət hər zaman müştərilərin xeyrinədir”.

Nigar Həsənli,
Musavat.com

Seçilən
39
musavat.com

1Mənbələr