AZ

Müctəba Xameneinin milyonluq mənzilləri tapıldı

İranın ali lideri Ali Xameneinin oğlu, atasının mümkün varisi sayılan Müctəba Xameneinin Londonda, Kensinqtonun nüfuzlu rayonunda yerləşən iki lüks mənzilə sahib olduğu bildirilir.

Ölkə.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mülkiyyət sənədlərinə istinadən məlumat yayıb.

Məlumata görə, daşınmaz əmlakın ümumi dəyəri təxminən 50 milyon funt sterlinq təşkil edir. Mənzillərin İsrail səfirliyindən bir neçə on metr məsafədə yerləşdiyi qeyd olunur.

Jurnalistlərin araşdırmasına əsasən, mənzillər rəsmi olaraq iş adamı Əli Ənsarinin adına rəsmiləşdirilib. Onun Xamenei ailəsinə yaxın şəxs olduğu bildirilir. Mənzillər 2014 və 2016-cı illərdə əlaqəli şirkətlər vasitəsilə alınıb. Daha sonra Böyük Britaniya hakimiyyəti Ənsariyə qarşı sanksiyalar tətbiq edib və hazırda bu əmlakla bağlı əməliyyatlara məhdudiyyət qoyulub.

Məqalədə qeyd olunur ki, Müctəba Xamenei Avropanın digər ölkələrində də daşınmaz əmlak da daxil olmaqla xarici aktivlərə sahib ola bilər.

Ekspertlər mənzillərin İsrail səfirliyinin yaxınlığında yerləşməsinin nəzəri olaraq müşahidə məqsədi ilə istifadə oluna biləcəyini ehtimal etsələr də, kəşfiyyat fəaliyyəti ilə bağlı birbaşa sübutun olmadığını bildirirlər.

Xatırladaq ki, dünən Müctəba Xameneinin İranın yeni ali lideri təyin olunduğu elan edilib. O, bu vəzifədə fevralın 28-də İsrail və ABŞ-nin birgə əməliyyatı nəticəsində öz iqamətgahında öldürülən atası Əli Xameneini əvəzləyib.

Həmidə İbrahimova

Seçilən
60
1
olke.az

2Mənbələr