Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Ağstafada “Dini radikalizm, erkən nikah, narkomaniya və kibercinayətkarlığa qarşı mübarizə” mövzusunda növbəti maarifləndirici tədbir təşkil olunub.
"Unikal" xəbər verir ki, Ağstafa rayonu Həsənsu kənd tam orta məktəbinin iclas zalında baş tutan tədbir Ağstafa Rayon İcra Hakimiyyəti, Rayon Prokurorluğu və Polis Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov bildirib ki, sağlam nəslin formalaşdırılması, sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın sağlam gələcəyinə hesablanmış siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət nəticəsində dini radikalizm, erkən nikahlar, narkomaniya və kibercinayətkarlıq kimi cəmiyyət üçün təhlükə yaradan hallara qarşı mübarizədə mühüm nəticələr əldə olunur.
Tədbirdə Rayon Polis Şöbəsinin rəisi Vüqar Xəlilov, rayon prokuroru Anar Cəfərov, Rayon Polis Şöbəsinin Kadr və Peşə hazırlığı üzrə baş inspektoru Nurlan Niyazlı, Ağstafa Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Səyyad Yusifov mövzu ilə bağlı geniş məruzələrlə çıxış ediblər. Bildirilib ki, yeniyetmə və gənclərin hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olan amillərə qarşı hamılıqla mübarizə aparılmalı, maarifləndirmə tədbirləri daha da gücləndirilməlidir.
Həsənsu kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Məhəmməd Əlili və ictimaiyyət nümayəndəsi Sücayət Əsgərova belə tədbirlərin təşkilinin əhəmiyyətini yüksək qiymətləndirərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Sonda mövzulara həsr olunmuş videoçarx nümayiş etdirilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.