AZ

Bob Blekmen: Azərbaycan Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağına çevrilir  

Rusiya və Yaxın Şərq hava məkanı üzərindən keçən ənənəvi hava marşrutlarının ciddi şəkildə pozulması fonunda Azərbaycan sürətlə Avropa ilə Asiyanı birləşdirən ən mühüm aviasiya dəhlizinə çevrilib. Bakı üzərindən keçən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu artıq sadəcə regional layihə deyil. Bu, qlobal ticarət və əlaqəlilik üçün həyati əhəmiyyət daşıyan bir arteriyadır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Böyük Britaniya parlamentinin üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Bob Blekmen özünün sosial media hesabında bildirib.

O qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyi, müasir infrastrukturu və diplomatik neytrallığı onu yalnız böhran dövründə müvəqqəti həll yolu kimi deyil, Avrasiya məkanında aviasiya və logistika sahəsində uzunmüddətli mərkəz rolunu oynamaq üçün unikal mövqeyə çevirir.

“Böyük Britaniya Azərbaycanla tərəfdaşlığını daha da dərinləşdirməlidir və bu münasibətlərin strateji əhəmiyyəti hazırda daha aydın görünür”, - deyə Bob Blekmen əlavə edib.

Seçilən
30
1
azerbaijan-news.az

2Mənbələr