AZ

Bizi qorxudan qeyri müəyyənlikdir, hücumun haradan gələcəyini bilmirik

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son dövrlərdə müharibə ilə bağlı yayılan xəbərlər və dezinformasiyalar cəmiyyətdə narahatlıq yaradır. İnsanlar doğru və etibarlı məlumat axtarır, amma müxtəlif mənbələrdə ziddiyyətli xəbərlər onların çaşqınlıq yaşamasına səbəb olur. Bu vəziyyət ictimai əhval-ruhiyyəyə və insanların gündəlik qərarlarına təsir göstərir. Nəticədə cəmiyyət arasında qorxu və təlaş hissi güclənir.Problemlə bağlı psixoloq Fidan Canbabazadə Demokrat.az-a bildirib ki, biz müharibədən yeni çıxmış xalq olduğumuza görə, panikaya düşsək də, bu qorxu bizi o qədər təsir etmir:"Sadəcə, son vaxtlar nüvə ilə bağlı baş verən proseslər və hədələmələr bizi qorxudur. İkinci Qarabağ müharibəsində insanlar illərlə buna hazırlıq görmüşdü və düşmənimizin kim olduğunu bilirik. Hal-hazırda bizi qorxudan sadəcə qeyri-müəyyənlikdir. Hücumun haradan gələcəyini bilməmək və nələrin baş verəcəyi haqda məlumatsızlıq bizi narahat edir. Bir çox xəbərlər isə yalnız məlumat xarakterlidir. Təəssüflər olsun ki, məlumat xarakterli xəbərlərlə yanaşı, bu vəziyyətdən istifadə edərək insanları təşvişə salan və panikaya gətirən bəzi xəbər saytları və qeyri-rəsmi mənbələr də mövcuddur. Tövsiyəm odur ki, vətəndaşlar yalnız rəsmi saytları izləsinlər, rəsmi xəbərləri dinləsinlər və təhlükəsizliklə bağlı məlumatlara panikaya düşmədən qulaq versinlər".Psixoloq deyib ki, elə bir dövrə gəlmişik ki, hər an baş verə biləcəklər şüuraltı qəbul etmişik:"İnsanlar məlumat xarakterli məsələlərə müharibə perspektivi ilə deyil, təhlükəsizlik baxımından yanaşsa, bu, onlar üçün daha faydalı olar.Xüsusilə uşaqları və yeniyetmələri internetdə yayılan xəbərlərdən uzaq tutmaq daha yaxşıdır. Özünə müdafiə üsulları və təhlükəsizlik məsələləri barədə valideynlər və yaxın qohumlar onları məlumatlandırmalıdır. Çünki uşaqlar öz beynində yaratdıqları yalnış təsəvvürlər daha dəhşətli olur və bunu internetdən öyrəndikdə vəziyyət onlar üçün daha qorxulu ola bilər", deyə o qeyd edib.Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılıb və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
75
demokrat.az

1Mənbələr