TrendForce analitiklərinin proqnozuna görə, 2026-cı ildə qlobal noutbuk bazarında qiymət artımı gözlənilir. Bunun əsas səbəbləri RAM və prosessor kimi əsas komponentlərin bahalaşması və bazarda təchizatın azalmasıdır.
QHT.az xəbər verir ki, mütəxəssislərin hesablamalarına görə, istehsalçılar mövcud gəliri qorumaq üçün ilkin qiyməti təxminən 900 dollar olan kütləvi bazar noutbuklarının qiymətini 40%-ə qədər artırmaq məcburiyyətində qala bilərlər. Bildirilir ki, 2026-cı ilin əvvəlindən DRAM və NAND yaddaşının təchizatı azalıb, bu isə komponentlərin qiymətlərinin artmasına səbəb olub. Eyni zamanda Intel bəzi mobil prosessor modellərinin qiymətlərini 15%-dən çox artırıb və yaxın aylarda yeni artımlar gözlənilir.
Analitiklərin fikrincə, bu tendensiya davam edərsə, noutbukların qiymətindəki komponent payı artacaq və nəticədə istehlakçılar üçün son satış qiymətləri yüksələ bilər.
R.İmanov