AZ

Cəlilabadda 51 yaşlı kişinin meyiti TAPILDI

Cəlilabad rayonunda meyit aşkarlanıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Maşlıq kəndi ərazisində baş verib.

Kənd sakini, 1975-ci il təvəllüdlü Zaur Babayev yaşadığı evdə ölü vəziyyətdə tapılıb.

Hadisənin səbəbləri araşdırılır.

Sabutay, Bizim.Media, Cənub bürosu.

Seçilən
74
bizim.media

1Mənbələr