AZ

Cəlilabadda üzərində xəsarət izi olan 14 yaşlı yeniyetmənin meyiti aşkarlanıb

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Cəlilabadda üzərində xəsarət izi olan meyit aşkarlanıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.

Araşdırmalarla məlum olub ki, meyit kənd sakini, 14 yaşlı Abdulhüseynli Mirkamal Mirqafur oğluna aiddir.

İlkin məlumata görə, mərhumun ürək nahiyəsində xəsarət izi olub.

Hadisənin qətl və ya bədbəxt hadisə nəticəsində olması hələlik məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
95
19
apa.az

10Mənbələr